Bakı Şəhər Prokurorluğu "Bakı Ağ Şəhər Bulvarı"ında baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan "Report"a verilən xəbərə görə, noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədi ilə "Bakı Ağ Şəhər Bulvarı" ərazisində özünü dənizə atıb.
Həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü
Hazırda İlahə Avcının səhhəti normaldır.
Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır.