Bakı Aeroportu sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi

Bakı Aeroportu sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi Heydər Əliyev Beynəlxalq Aeroportu sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım avtomobillərinin görüntüləndiyi videomateriala aydınlıq gətirib.
Hadisə
11 mart 2020 19:22
Bakı Aeroportu sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım avtomobillərinin görüntüləndiyi videomateriala aydınlıq gətirib.

Aeroportun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib. 

"Koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Videogörüntülərdəki çoxsaylı təcili tibbi yardım avtomobilləri bununla izah olunur"- deyə məlumatda vurğulanıb.

Eyni zamanda, bildirilib ki, Bakıya gələn 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbidir.

Son xəbərlər

Orphus sistemi