Bakıda 9 kq-a yaxın civəni satmaq istəyən şəxslər saxlanılıb - VİDEO

Bakıda 9 kq-a yaxın civəni satmaq istəyən şəxslər saxlanılıb - VİDEO Onlara qarşı Cinayət Məcəlləsinin 240.2.1 maddəsi ilə ittiham elan edilib
Hadisə
28 Fevral , 2017 11:04
Bakıda 9 kq-a yaxın civəni satmaq istəyən şəxslər saxlanılıb - VİDEO

Bakı. 28 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları külli miqdarda güclü təsiredici zəhərli maddəolan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar edib. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə əvvəlcədən daxil olan məlumat əsasında Abşeron rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əməliyyat keçirib. Əməliyyat nəticəsində Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yerləşən "Neapol" otelinin həyətində Azərbaycan vətəndaşı Əliyev Etibar Rza oğlu ümumi çəkisi 8830 qramolan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.

Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Etibar Əliyevə civəni satması üçün təhvil verən Azərbaycan vətəndaşı Bayramov İlqar Bayram oğlu Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında saxlanılıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 240.2.1 maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd edilən cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi