Bakıda ticarət mərkəzinin binasında yanğın zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB - FOTO - ƏLAVƏ OLUNUB - VİDEO

Bakıda ticarət mərkəzinin binasında yanğın zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB - FOTO - ƏLAVƏ OLUNUB - VİDEO Video əlavə olunub.
Hadisə
18 May , 2019 22:35
Bakıda ticarət mərkəzinin binasında yanğın zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB - FOTO - ƏLAVƏ OLUNUB - VİDEO

Video əlavə olunub.


***21:50

Bakının Xəzər rayonunun Zagulba qəsəbəsindəki "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində, tekstil şöbəsində baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb. 

"Report" xəbər verir ki, hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da (iki nəfər- red) xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. 

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Binada olan insanlar təxliyə edilib. 

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.


***20:37

Bakıda ticarət mərkəzinin yerləşdiyi binada yanğın olub.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində baş verib. 

Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. 

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Foto: Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi