Yuxarı

Bakının məşhur küçəsindəki mağazadan oğurluq edilib

Oğurluqda şübhəli bilinən Sabirabad rayon sakini tutulub

Bakı. 15 sentyabr. REPORT.AZ/  Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Report-a daxil olan məlumata görə, hadisə "Torqovı" kimi tanınan məşhur Nizami küçəsində yerləşən geyim dükanında baş verib. Hadisə zamanı obyektin sahibi Yekaterina Aleksandrovnanın 450 manat pulu naməlum şəxs tərəfindən oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində, oğurluqda şübhəli bilinən Sabirabad rayon sakini Şəhruz Xəlilov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi