Hadisə zamanı Bakı şəhər sakini Ramin Abbasov Sabunçu qəsəbəsində işlədiyi tikintidə hündürlükdən yıxılıb. R.Abbasov xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, hadisənin səbəbləri araşdırılır.