Bakıdakı istintaq təcridxanasında Rusiya vətəndaşına “Türkcell” danışıq kartı ötürülməsinin qarşısı alınıb

Bakıdakı istintaq təcridxanasında Rusiya vətəndaşına “Türkcell” danışıq kartı ötürülməsinin qarşısı alınıb Təcridxanada saxlanılan, Rusiya vətəndaşına həyat yoldaşı telefon ötürmək istəyib
Hadisə
9 Sentyabr , 2014 11:20
Bakıdakı istintaq təcridxanasında Rusiya vətəndaşına “Türkcell” danışıq kartı ötürülməsinin qarşısı alınıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakıdakı 3 saylı İstintaq təcridxanasına telefon ötürmək cəhdinin qarşısı alınıb. Bu barədə Report-a Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, istintaq təcridxanasında saxlanılan, Rusiya vətəndaşı, Rusiya Federasiyası (RF) Cinayət Məcəlləsinin 208.2 maddəsinə əsasən həbs edilən şəxs Elbrus Esedullaxoviç Karibova həyat yoldaşı, RF-də yaşayan vətəndaş Amina Oleqovna Sasikovanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman sellofan paketin içərisində gizlədilən bir ədəd "Samsunq Duos" markalı mobil telefon aparatı, üç ədəd - “Meqafon”, “Belain” və “Türkcell” danışıq kartları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi