Fakt üzrə araşdırma aparılır.
Bakıdakı istintaq təcridxanasına narkotik vasitə ötürmək cəhdinin qarşısı alınıb
Hadisə
29 sentyabr 2014
06:30


Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıdakı 3 saylı İstintaq Təcridxanasına (İT) narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin (PX) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, 3 saylı İT-də saxlanılan, Cinayət Məcəlləsinin 180.2.1 (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə əsasən həbs edilən şəxs Elbrus Gülbala oğlu Cavadova tanışı, Sumqayıt şəhərində yaşayan vətəndaş Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman “OZMO” kətəsinin işərisində sellofan paketlərə bükülərək gizlədilən xalis çəkisi 3,761 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0,840 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0,73 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.
Son xəbərlər
