Yuxarı

Bakıda tikinti şirkətinin rəhbəri barəsində cinayət işi başlanıb

Fakt Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ “200 saylı” Mənzil-tikinti kooperativinin (MTK) sədrinin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciətinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması nəticəsində cinayət əməllərinin olduğu üzə çıxıb. Bu barədə Report-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı MTK-nın sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Yasamal rayonu ərazisində inşa edilən yaşayış binasında əvvəl satılan mənzili təkrarən başqa şəxsə satmaqla 31.000 manat məbləğində özgənin pul vəsaitini ələ keçirməsində şübhələr üçün əsaslar yaranıb. Bu səbəbdən fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi