Yuxarı

Bakıda televiziya aparıcısını bıçaqlayan şəxs saxlanılıb

Zərərçəkən hadisədən sonra ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Ötən gecə Bakının Yasamal rayonunda "Xəzər" televiziyasının aparıcısı Ağakərim Şəmidzadəyə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Şirinov Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Xatırladaq ki, hadisə sentyabrın 22-də saat 23 radələrində D.Bünyadzadə küçəsində baş verib. Həmin küçədə bıçaqlanan Ağakərim Şəmidzadə hadisədən sonra ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi