Yuxarı

Bakıda teatr aktrisası yol qəzası törədib

Aktrisa idarəetməni itirərək avtomobili yol kənarında olan qoruyucu zolaqlara çırpıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Abbasova yol qəzası törədib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Report-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda Hava Limanına gedən istiqamətdə qeydə alınıb. Aynur Abbasova "Morris Garages" markalı avtomobilini idarə edərkən, magistralla hərəkətdə olan digər avtomobil onun qarşısına çıxıb. Nəticədə aktrisa idarəetməni itirərək avtomobili yol kənarında olan qoruyucu zolaqlara çırpıb. Avtomobil xeyli məsafə getdikdən sonra dayanıb.

Qəza nəticəsində sürücü xəsarət almasa da avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi