Bakıda sexdə yanğın baş verib
Hadisə
19 Sentyabr , 2014
09:30


Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərində yanğın hadisəsi baş verib. “Report”un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan sexin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yüksək temperaturdan, kafe, ev və alqı-satqı ofisinin lambirdən ibarət tavanı 120 kv.m sahədə əriyib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda yağının baş vermə səbəbləri araşdırılır.
Son xəbərlər
