Yuxarı

Bakıda qohumunun evindən 30 min manat dəyərində qızıl əşyaları oğurlayan qadın saxlanılıb

Saxlanılan şəxs oğurladığı qızılları polislərə təqdim edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda Vüsalə Orucovaya məxsus mənzildən 30 min manat dəyərində qızıl əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Orucovanın mənzilindən qızıl əşyalar oğurlayan qohumu - Bakı şəhər sakini Günel Məmmədova tutulub. Saxlanılan şəxs oğurladığı qızılları polislərə təqdim edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi