Yuxarı
    Bağlamaq

    Bakıda qadınlardan oğurluq edən şəxs tutulub

    Əməliyyat Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilib

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakıda həmcinslərindən oğurluq etməkdə şübhəli bilinən qadın tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, əməliyyat tədbirləri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilib.

    Nəticədə çoxsaylı oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, 1984-cü il təvəllüdlü Ülkər Əzizova yaxalanıb. Müəyyən edilib ki, o, sentyabrın 25-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində olan mağazanın paltardəyişmə otağından Gülbəniz Cəfərovanın içərisində 600-800 manat, 400 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və 3 ədəd kredit kartı olan əl çantasını, sentyabrın 28-də Azadlıq prospektində yerləşən mağazalardan birində Xırdalan şəhər sakini İnci Talıbovaya məxsus mobil telefonu naməlum şəraitdə oğurlayıb. Bundan əlavə o, oktyabrın 2-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində paltardəyişmə otağında Bakı şəhər sakini Afaq Həsənzadənin içərisində bankomat kartı, ev açarları, 480 manat, 400 türk lirəsi, 35000 rubl olan pul kisəsini, oktyabrın 4-də Bakı şəhər sakini Aynur Qiyasovanın içərisində 500 manat olan pul kisəsini, Şərur rayon sakini Lətifə Məmmədovanın içərisində 105 manat, şəxsiyyət vəsiqəsi və 3 ədəd sim nömrə kartı olan pul kisəsini, oktyabrın 8-də həmin ticarət mərkəzində Mahiyət Əzimovanın əl çantasından içərisində 262 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, oktyabrın 11-də isə Sabina Süleymanovanın əl çantasından içərisində 37 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini talayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi