Yuxarı

Bakıda maskalı şəxslər mənzilə basqın edib

Mənzilə daxil olan 3 nəfər ev sahibinin əl-ayağını yapışqanlı lentlə bağlayaraq oradan 2 ədəd mobil telefon və qızıl üzük götürüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda mənzilə basqın edilib. Xətai rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, rayon ərazisində yaşayan Nail Rzayevin mənzilinə aldatma yolu ilə girən şəxsiyyəti məlum olmayan üç nəfər onun əl-ayağını yapışqanlı lentlə bağlayaraq oradan 2 ədəd mobil telefon və qızıl üzük götürüb gediblər. Basqın edən şəxslərin ikisi maskalı olub.

Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Amid Qasımov, Umud Cəfərov və onun qardaşı Mirağa tutulub.

Hadisə ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi