Bakı. 9 sentyabr.REPORT.AZ/ Bakının Nizami rayonunda mağazalardan oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb. Bu barədə Report-a Nizami Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qara Qarayev prospektində yerləşən ticarət mərkəzindəki mağazalarda, orada işləyən Ağabəyim Xəlilovaya, Əhməd Əliyevə və Alim Babayevə məxsus pulu, planşeti və sənədi oğurlayan Gürcüstan vətəndaşı Əfsanə Məmmədova saxlanılıb. Hazırda polislər saxlanılan şəxsin bu tipli başqa oğurluqlarda iştirak edib-etmədiyini araşdırır.
Bakıda mağazalardan oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
Hadisə
9 sentyabr 2014
10:34


Rus versiyası
В Баку за совершение краж задержана гражданка Грузии
İngilis versiyası
Georgian citizen arrested for shop theft in Baku
Son xəbərlər
