Bakıda mağazadan oğurluq edən dəstə zərərsizləşdirilib

Bakıda mağazadan oğurluq edən dəstə zərərsizləşdirilib İstintaq onların paytaxt və rayon ərazisində başqa mağazalardan oğurluq edib-etmədiklərini araşdırır
Hadisə
23 Sentyabr , 2014 12:15
Bakıda mağazadan oğurluq edən dəstə zərərsizləşdirilib
Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda mağazadan oğurluq edən üç nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib. Belə ki, sentyabrın 18-nə keçən gecə Ələt qəsəbəsində yerləşən, Aydın Dostəliyevə məxsus mağazadan 500 manat və tütün məmulatları oğurlanıb.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Tural Nəsrullayev, Ağdam rayon sakini İlhamiz İsmayılov və Ağstafa rayon sakini Fərid Rəhimov Qaradağ Rayon Polis İdarəsi (RPİ) 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar. İstintaq tərəfindən onların paytaxt və rayon ərazisində başqa mağazalardan oğurluq edib-etmədikləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi