Yuxarı

​Bakıda mənzildən kişi meyiti tapılıb

Meyiti tapılan şəxs 1965-ci il təvəllüdlü Fikrət Ənvər oğlu Zamanovdur

Bakı. 20 avqust. REPORT.AZ/ Bakıda mənzildən meyit tapılıb.

Report-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda bir nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Fikrət Ənvər oğlu Zamanov mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər çoxmərtəbəli yaşayış binasının qonşu mənzilinin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 7-ci mərtəbədə yerləşən mənzilinə eyvandan daxil olublar. Xilasedicilər mənzilə baxış keçirərkən F.Zamanovu huşsuz vəziyyətdə aşkar edərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Həkimlər tərəfindən aparılan ilkin tibbi müayinə zamanı F.Zamanovun vəfat etdiyi müəyyən olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi