Yuxarı

Bakıda məhkumdan silah-sursat götürülüb

O silah-sursatı könüllü təhvil verib

Bakı. 8 sentyabr.REPORT.AZ/ Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin müalicə müəssisəsində məhkumdan odlu silah-sursat götürülüb. Bu barədə Report-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr xidmətindən bildirilib.

Belə ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin Müalicə müəssisəsinin əməkdaşları ilə birgə keçirtdiyi əməliyyat-profilaktiki tədbirlər nəticəsində 22 yaşlı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi sakini, Cinayət Məcəlləsinin 126.3, 221.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilən məhkum Şərifov Ehtiram Bəxtiyar oğlu tərəfindən könüllü olaraq bir ədəd nömrəsi silinən “Makarov” tipli tapança, 2 ədəd 9 mm. kalibrli güllə və bir ədəd "F-1" markalı əl qumbarası təqdim olunub.

Odlu silah və sursatlar hüquqi qiymət verilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin Nizami Rayon Polis İdarəsinə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi