Yuxarı

Bakıda məhkum qardaşına telefon ötürmək istəyən qadın saxlanılıb

Qardaşının yanına görüşə gələn bacının üzərindən telefon aşkar edilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakıdakı 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb. Bu barədə Report-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əməliyyat zamanı müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin 234.2; 234.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Elşən Əli oğlunun yanına qısamüddətli görüşə gələn bacısı, Bakı şəhəri, Balaxanı qəsəbəsi B.Əfəndiyev küç. 10 ünvanında yaşayan vətəndaş Sevinc Əli qızı Hüseynovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilən bir ədəd mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi