Yuxarı
    Bağlamaq

    Bakıda müalicə müəssisəsinə narkotik vasitə ötürülməsi cəhdinin qarşısı alınıb

    Fakt üzrə araşdırma aparılır

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (İMM) narkotik vasitə ötürülməsi cəhdinin qarşısı alınıb. Bu barədə “Report”a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən (PX) məlumat daxil olub.

    Belə ki, İMM-də cəza çəkən, cinayət məcəlləsinin 234.2 ( satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsinə əsasən azadlıqdan məhrum edilən məhkum Bilal Fizuli oğlu Hacıyev görüşdən çıxarkən üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əynində olan şalvarın cibindən şokolad kağızının içərisində sellofana bükülən xalis çəkisi 0,488 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

    Fakt üzrə araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi