Yuxarı
    Bağlamaq

    Bakıda külli miqdarda aksiz markası olmayan spirtli içki və tütün məmulatları aşkar edilib

    4236 ədəd spirtli içki və 420 ədəd tütün məmulatı müsadirə olunub

    Bakı.10 sentyabr.REPORT.AZ/ Bakının Səbail rayonuna külli miqdarda aksiz markası olmayan spirtli içkilər və tütün məmulatları aşkar edilib. Report-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Dövran Allahverənova məxsus Abbaszadə küçəsində yerləşən qarajda aksiz markası olmayan 4236 ədəd spirtli içki və 420 ədəd tütün məmulatı müəyyən edilərək müsadirə olunub. Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi