Hadisə nəticəsində "Azsamand" markalı avtomobil deformasiyaya uğrayıb. Sürücünü həmin nəqliyyat vasitəsindən əraziyə çağrılan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri çıxararaq hadisə yerində olan təcili tibbi yardım stansiyasının həkimlərinə təhvil veriblər. Yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Araşdırma zamanı məlum olub ki, hadisəni törədən minik maşınının sürücüsü "Ədalət və Həqiqət" beynəlxalq ictimai-siyasi hüquq qəzetinin müxbiri Əliyev Hümmətalı Zeynal oğludur. Qəzanın səbəbləri isə Qaradağ Rayon Polis İdarəsində araşdırılır.







