Bakıda istintaq təcridxanasına meyvə şirəsinin içində telefon ötürmək cəhdinin qarşısı alınıb

Bakıda istintaq təcridxanasına meyvə şirəsinin içində telefon ötürmək cəhdinin qarşısı alınıb Fakt üzrə araşdırma aparılır
Hadisə
8 Sentyabr , 2014 11:22
Bakıda istintaq təcridxanasına meyvə şirəsinin içində telefon ötürmək cəhdinin qarşısı alınıb

Bakı. 8 sentyabr.REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları Bakıdakı 3 saylı İstintaq Təcridxanasına telefon ötürmək cəhdinin qarşısını alıb. Report-un Penitensiar xidmətin saytına istinadən verdiyi məlumata əsasən, 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən həbs edilən şəxs Hüseynzadə İlkin Xalıq oğluna, Bakı şəhər sakini Salmanov Firudin Famil oğlunun gətirdiyi sovqata baxış keçirib. Bu zaman iki ədəd  meyvə şirəsinin içərisində xüsusi üsulla yerləşdirilmiş bir ədəd “Nokia”, bir ədəd “C10” markalı mobil telefon aparatları və dörd ədəd  danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi