Yuxarı

Bakıda iki qardaş narkotikə görə tutulub

Əməliyyatı Yasamal və Suraxanı polisi həyata keçirib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb. Bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi və 29-cu Polis Bölməsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Kürdəmir rayon sakinləri - Aqil Əbilovdan 355 qram, Niyaməddin Abbasovdan 370 qram, qardaşı Seyfəddindən isə 350 qram marixuana aşkar olunaraq götürülüb. Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə əvvəllər məhkum olunan Ceyhun Əliyevdən 455 qram marixuana aşkar olunaraq istintaqa təqdim olunub.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi