Yuxarı
    Bağlamaq

    Bakıda iki nəfər alkoqol zəhərlənməsindən ölüb

    Hər iki faktla bağlı araşdırma aparılır

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakıda iki nəfər alkoqol zəhərlənməsindən ölüb. Bu barədə “Report” DİN-in saytına istinadən xəbər verir.

    Belə ki, oktyabrın 24-də Xətai rayonu ərazisindən 40-45 yaşlı kişi, oktyabrın 26-da isə Sabunçu rayonunun Pirşağı qəsəbəsindən 35-40 yaşlı kişi koma halında (alkoqoldan zəhərlənmə ilə)  xəstəxanalara gətirilib.

    Onların hər ikisi oktyabrın 27-də ölüb.

    DİN ölən şəxslərin adlarını açıqlamayıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi