Yuxarı

Bakıda iki ay əvvəl vurulan piyada dünyasını dəyişib

Hadisə Nərimanov rayonu Azadlıq prospektində qeydə alınıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin iyul ayının 22-də Nərimanov rayonunun Azadlıq prospektində vurulan piyada Kamran Əliyev dünən müalicə olunduğu xəstaxanada dünyasını dəyişib. Report-un Daxili işlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, qeydə alınan qəzanı Bakı şəhər sakini Namiq Məmmədov idarə etdiyi “Lexus” markalı avtomobillə törədib.

Hadisədən sonra piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həkimlər onu cəmi 2 ay həyatda saxlaya biliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində başlanan araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi