Yuxarı

Bakıda həbsdəki həyat yoldaşına qadağan olunmuş əşya ötürmək istəyən kişi saxlanılıb

Fakt üzrə araşdırma aparılır

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda yerləşən 4 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) telefon keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə “Report”a Penitensiar Xidmətdən bildirilib. Belə ki, xidmət əməkdaşları tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 177.3.3; 178.3.3; 180.3.3; 66.3 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Zəhra Süleyman qızı Xasanovanın yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Yevlax şəhəri, Nizami küçəsi, ev 224 ünvanında yaşayan vətəndaş Surac Torun oğlu Məmmədovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman  S.Məmmədovun gödəkçəsinin sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd “Cin” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi