Yuxarı
    Bağlamaq

    Bakıda daha bir qadın həbsdəki oğluna qadağan olunan əşya ötürmək istəyib

    Hadisə 12 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıdakı 12 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) qadağan olunan əşya ötürmək cəhdinin qarşısı alınıb. Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, PX əməkdaşları 12 saylı CM-də cəza çəkən, Cinayət Məcəlləsinin 289.2 (məhkəməyə hörmətsizlik etmə, eyni əməllər hakim və ya andlı iclasçılar barəsində törədildikdə) və 66.5 (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələrinə əsasən azadlıqdan məhrum edilən məhkum Anar Oktay oğlu Alaverdiyevin yanına qısamüddətli görüşə gələn anası, Sumqayıt şəhərində yaşayan vətəndaş Səmayə Musa qızı Əhmədovanın üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun əl çantasından 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və  danışıq kartı aşkar edilərək götürülüb.

    Fakt üzrə araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi