Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda cibgirliklə məşğul olan qadın saxlanılıb. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən ticarət mərkəzlərindən birində baş verib. Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Surayə Hacıyevanın çantasından 350 manat oğurlayan Gürcüstan vətəndaşı Əfsanə Məmmədova tutularaq istintaqa təqdim edilib. Hazırda polislər Ə.Məmmədovanın Bakı şəhərində başqa bu tipli oğurluqlar edib-etmədiyini araşdırır.
Bakıda cibgirliklə məşğul olan qadın saxlanılıb
Bakıda cibgirliklə məşğul olan qadın saxlanılıb Qadının paytaxt ərazisində başqa oğurluqlar edib-etmədiyi araşdırılır
Hadisə
24 Sentyabr , 2014
17:25


Valeh Dadaşov
Report.az
https://static.report.az/photo/83925d7d-6354-31d2-baaf-39bc59708162_50.jpg
Eksklüziv xəbərlər
Türkiyənin AŞPA təmsilçisi: “AP-nin Azərbaycan əleyhinə qətnaməsinin qüvvəsi yoxdur"
21 Mart , 2023
13:59
Politoloq: “Latviya və Azərbaycan iqtisadi əlaqələri daha da sıxlaşdırmağa çalışır”
17 Mart , 2023
13:38
Son xəbərlər
