Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib.
Belə ki, oktyabrın 9-da A.Nemətulla küçəsində naməlum şəxs Ülkər Səfərovanı arxadan boğazından tutaraq əli ilə vurub, qulağından xəsarət yetirib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Ruzi Bayramov tutulub.
Faktla bağlı araşdırma aparılır.