Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda təxminən 4 ay əvvəl itmiş dövlət nömrə nişanı başqa avtomobilin üzərində tapılıb.
Bu barədə “Report” DİN-in saytına istinadən xəbər verir.
Belə ki, cari il iyunun 26-da Bakı şəhər sakini Firudin Musayevə məxsus “Toyota” markalı avtomobilin itmiş dövlət qeydiyyat nişanları oktyabrın 15-də DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən R.Bağırov küçəsində Bakı şəhər sakini İbrahim Kaxidzeyə məxsus “Mercedes” markalı avtomobilin üzərində aşkar edilib. Avtomobil Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.