Yuxarı

Bakıda axtarışda olan iki nəfər tutulub

Onların hər ikisi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakıda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan iki şəxs tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPBİ) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1975-ci il təvəllüdlü Etibar Mustafayev tutulub.

Digər analoji əməliyyatı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları keçirib. Burada da dələduzluq etməkdə şübhəli bilinərək axtarışda olan1984-cü il təvəllüdlü Bəxtiyar Hüseynov yaxalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi