Bakı. 3 sentyabr.
REPORT.AZ/ Bakının Yasamal rayonunun Hüseyn Cavid prospektində vətəndaş Rahib Səfərova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Report-a daxil olan məlumatda bildirilib ki, rayon Polis İdarəsi (RPİ) və 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil A.Abbasov küçəsində aşkar edilib. Avtomobilin üzrində isə avqust ayında Nəsimi rayonunda Zarema Saarbəyovaya məxsus "Chevrolet-Aveo" markalı avtomobildən oğurlanmış hər iki dövlət nömrə nişanı olub.
Avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Fuad Əsədov tutulub.
Faktla bağlı araşdırma aparılır.