
Belə ki, PX əməkdaşları12 saylı CM-də cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə əsasən azadlıqdan məhrum edilən məhkum Ceyhun Ələkbər oğlu İsgəndərovun yanına qısamüddətli görüşə gələn anası, Ağdam rayonunun Şıxbabalı kəndində yaşayan vətəndaş Zöhrə Hidayət qızı Axundovanın üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun gətirdiyi tortun kartonunda xüsusi üsulla su çöpünün içərisinə yerləşdirilərək gizlədilən xalis çəkisi 0,484 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.