Yuxarı
    Bağlamaq

    Bakıda 8 ay əvvəl baş vermiş quldurluq hadisəsinin üstü açılıb

    Saxlanılan  şəxsin ehtimal olunan digər cinayətləri araşdırılır

    Bakı.10 sentyabr.REPORT.AZ/ Bakının Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları 8 ay əvvəl baş verən quldurluq hadisəsinin üstünü açıb. Bu barədə Report-a Xətai RPİ-dən bildirilib. Belə ki, Xocalı prospektində yerləşən mağazalardan birinin satıcısı Murad Hacıyev Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bir nəfər naməlum şəxsin onu bıçaqla hədələyib pul alması barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri bugünlərdə nəticə verib və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Saxlanılan Cəlilabad rayonunda doğulmuş 21 yaşlı Orxan Dadaşov ilkin ifadəsində əməlini etiraf edib. O, bildirib ki, gecə saatlarında mağazanın yanından keçərkən içəridə müştəri olmadığını görüb və quldurluq etmək qərarına gəlib. Orxan Dadaşov üstündə gəzdirdiyi bıçaqla mağazanın satıcısı Murad Hacıyevi öldürəcəyi ilə hədələyib. Daha sonra isə kassadan 100 manat götürərək hadisə yerindən qaçıb.

    Faktla bağlı başlanan cinayət işinin istintaqı davam etdirilir. Saxlanılan şəxsin ehtimal olunan digər cinayətləri də araşdırılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi