Hadisə ilə bağlı cinayət işi başlanılıb.
Bakıda 3 həftə əvvəl baş vermiş bıçaqlanma hadisəsinin üstü açılıb
Hadisə
27 Oktyabr , 2014
14:03
https://static.report.az/photo/77983f56-3fc4-425d-aabd-9812259a6d03.jpg
Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakının Səbail rayonunda 3 həftə əvvəl baş verən bıçaqlanma hadisəsinin üstü açılıb. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı naməlum şəxs Saleh Həsənova bıçaqla xəsarət yetirib. Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Həsənovun sağlamlığına ağır zərər vuraraq hadisə yerini tərk edən Emin Babaşov tutulub.