Bakıda əcnəbilərin mənzillərdən oğurluq edən şəxs tutulub

Bakıda əcnəbilərin mənzillərdən oğurluq edən şəxs tutulub Zərərçəkənlər arasında İtaliya və Ukrayna vətəndaşları da var
Hadisə
12 Sentyabr , 2014 14:32
Bakıda əcnəbilərin mənzillərdən oğurluq edən şəxs tutulub
Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda mənzillərdən oğurluq edən şəxs tutulub. Report-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat zamanı İsmayıllı rayon sakini, əvvəllər məhkum olunan Vüqar Babayev şübhəli şəxs qismində Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu polis bölməsinə gətirilib. Aparılan əməliyyat tədbirləri nəticəsində onun bu ilin iyul ayında İtaliya vətəndaşı Bariaççi Simone Sergtonun Zərgərpalan küçəsində yaşadığı evə, avqust ayında isə Ukrayna vətəndaşı Valeriya Skripniçenkonun Neftçilər prospektindəki evinə "qonşuya su axıtması" adı ilə girib 300 manat və 50 avro, habelə sənədlər olan pul kisəsini oğurladığı müəyyən edilib. Qeyd olunan faktlarla bağlı Səbail RPİ-də əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi