Yuxarı
    Bağlamaq

    Bakıda üstündə tapança gəzdirən şəxs saxlanılıb

    Onun əvvəllər də məhkum olunduğu məlum olub

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda üzərində qanunsuz silah-sursat gəzdirən şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, sentyabrın 22-də Xocalı prospektində şübhəli şəxs qismində saxlanılan Çingiz Hacıyevdən buraxılış ili və nömrəsi silinən, sandıqçasında 3 ədəd patron olan "Makarov" tapançası aşkar edilərək götürülüb.

    Araşdırma zamanı Ç.Hacıyevin əvvəllər də məhkum olunduğu məlum olub.

    Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb, istintaq gedir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi