Yuxarı

Bakıda üç kişi qadına hücum edərək onun 20 manatını alıb

Hər 3 şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam edir

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunun Çobanzadə küçəsində şəxsiyyəti məlum olmayan 3 nəfər, Bakı şəhər sakini Şəlalə Əmirovanın 20 manatını quldurluq yolu ilə ələ keçiriblər. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakinləri Emin Qasımov, Taleh Tahirov və Nicat Atababayev tutulub.

Hər 3 şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi