Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Qəzaya düşən maşındakı sərnişin hadisə yerində dünyasını dəyişib
Hadisə
19 Sentyabr , 2014 12:10
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib. Sabunçu rayonu Kürdəxanı-Pirşağı şossesində qeydə alınan hadisə zamanı 1989-cu il təvəllüdlü Ramin Əsədov "Saipa" markalı avtomobilin idarə etməsini itirərək maneəyə vurub. Nəticədə maşında olan sərnişin, 1988-ci il təvəllüdlü Samir Hüseynov hadisə yerində ölüb, R.Əsədov və digər sərnişin, 1995-ci il təvəllüdlü Murad Mustafayev isə xəstəxanaya yerləşdiriliblər. Qəza ilə bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi