Yuxarı

Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib

Qəzada bir yük, iki mink maşını toqquşub

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakı-Sumqayıt yolunda 3 avtomobilin iştirakı ilə nəticələnən zəncirvarı qəza baş verib. Baş Dövlət Yol Polis İdarəsindən  (BDYPİ) "Report"a verilən məlumata görə, hadisə Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb. Hadisə zamanı "Cadillac" markalı avtomobil metronun "20 Yanvar" stansiyasına doğru hərəkətdə olan zaman eyni istiqamətlə gedən "Zil" markalı yük maşını ilə toqquşub. Ardınca toqquşan maşınlara başqa bir "BMW" markalı avtomobil çırpılıb. Qəzadan sonra "Cadillac"ın sürücüsü idarə etdiyi maşının dövlət nömrə nişanını açaraq hadisə yerindən yayınıb. Ərazidə BDYPİ-nin əməkdaşları tərəfindən araşdırma aparılıb və qəzanın "Cadillac"ın sürücüsünün maşını yüksək sürətlə idarə etməsi səbəbindən baş verdiyi müəyyənləşib.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi