Bakı sakinini döyərək mobil telefonunu əlindən alıblar
Hadisə
15 Sentyabr , 2014
14:39


Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda quldurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Report-a daxil olan məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - Beyləqan rayon sakini Mehman Orucov tutulub. M.Orucov Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Vüsal Məmmədovu döyərək mobil telefonunu almaqda şübhəli bilinir. Hazırda polislər tərəfindən M.Orucovla birlikdə cinayətdə iştirak edən digər şəxsin də tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Rus versiyası
Преступники избили жителя Баку и украли у него телефон
Son xəbərlər
