Yuxarı

Bakı sakini qardaşının həyat yoldaşını bıçaqlayıb

Hadisəni törədən şəxs tutulub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) "Report"a verilən məlumata görə, sentyabrın 20-si saat 16:30 radələrində Dağıstan küçəsində yaşayan Qalib Mikayılov ailə münaqişəsi zəminində qardaşının həyat yoldaşı Zərnişan Mürsəlovanı bıçaqlayıb.

Hadisəni törədən Q.Mikayılov Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi