Xətai rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, Bakı şəhər sakini Bəxtiyar Talıbov Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətində yıxılıb. Həmin xəstəxanaya yerləşdirilən B.Talıbovun aldığı xəsarətlər ağır olduğundan hadisədən təxminən 10 gün sonra o dünyasını dəyişib.
Araşdırma zamanı Bəxtiyar Talıbovun hadisə vaxtı həmin xəstəxanaya müayinə olunmaq üçün getdiyi məlum olub.
Hadisə ilə bağlı Xətai RPİ və rayon prokurorluğunda araşdırma aparılır.