Yuxarı

Bakı-Quba yolunda avtomobillə piyada qadını vuran şəxs ərazidən uzaqlaşıb

Piyadanı vuran sürücü hadisədən sonra ərazidən yayınıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakı-Quba yolunun 12-ci kilometrliyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) Report-a verilən məlumata görə Ekologiya postunun yaxınlığında yolu keçmək istəyən piyada 1988-ci il təvəllüdlü Quliyeva Leyla Samir qızını avtomobil vurub. Piyadanı vuran sürücü hadisədən sonra ərazidən uzaqlaşıb. L.Quliyeva isə ağır vəziyyətdə 1 Saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb.

Piyadanı vuran sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi