Bakı polisi oğurluqda şübhəli bilinən qadını tutub

Bakı polisi oğurluqda şübhəli bilinən qadını tutub Əməliyyatı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları keçirib
Hadisə
29 Sentyabr , 2014 10:29
Bakı polisi oğurluqda şübhəli bilinən qadını tutub
Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakının Lökbatan qəsəbəsində oğurluqda şübhəli bilinən qadın saxlanılıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Xanım Daşdıyeva tutulub. Məlum olub ki, o, sentyabrın 27-də Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Xırdalan şəhər sakini Firuzə Kaibxanova məxsus, içərisində şəxsiyyət vəsiqəsi, mobil telefon və 300 manat olan əl çantasını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi