Yuxarı

Bakı İstintaq Təcridxanasına telefon ötürülməsinin qarşısı alınıb

Fakt üzrə araşdırma aparılır

Bakı. 9 sentyabr.REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə Report-a Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, təcridxanada saxlanılan, Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5 maddələrinə əsasən həbs edilən şəxs Asif Hafiz oğlu Nadirova Şirvan şəhərində yaşayan vətəndaş Rauf Nurəddin oğlu İbrahimovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman qara rəngli idman çantasının alt hissəsinin kartonuna kustar üsulla yerləşdirilən, daxilində danışıq kartı olmayan bir ədəd “Nokia” markalı mobil telefon aparatı və iki ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi