"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veriri ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında qalıb.
FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas ediblər.
Digər hadisə isə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Burada yaşayış binasının liftində köməksiz vəziyyətdə qalan 2 nəfər FHN xilasediciləri tərəfindən xilas edilib.