Bakıda oğurluq edən şəxs saxlanılıb.
“Report”un xəbərinə görə, hadisə yanvarın 28-də, paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs Bakı şəhər sakini, A.Hüseynova məxsus bağ evindən kombi aparatı oğurlayıb.
Daha sonra A.Hüseynov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Mərdan Babayev tutulub.
Faktla bağlı araşdırma aparılır.